Türkiyənin İzmir və Mersin vilayətlərində FETÖ/PDY terror şəbəkəsinə qarşı əməliyyat keçirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, əməliyyat nəticəsində 12 nəfər şübhəli qismində saxlanılıb. Daha bir nəfərin axtarışı davam edir.
Başqa bir məlumata görə isə İstanbul vilayətində sol radikal DHKP-C-yə (İnqilabçı Xalq Qurtuluş Pariyası-Cəbhəsi) qarşı da əməliyyat keçirilib. Doqquz fərqli ünvanda təşkil olunan əməliyyat nəticəsində beş nəfər şübhəli saxlanılıb, daha iki şübhəlinin axtarışları davam edir.