Netanyahu Qallantı niyə istefaya göndərdi? - RƏSMİ AÇIQLAMA və EKSPERT RƏYLƏRİ
VİDEO

İsrailin Baş naziri Binyamin Netanyahu bu gün gecə saatlarında müdafiə naziri Yoav Qallantı vəzifəsindən azad edib.

 

Senzor.az bildirir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.

 

Bildirilib ki, Netanyahu müdafiə naziri vəzifəsinə xarici işlər naziri İsrail Katzı təyin edib.

 

Netanyahu Yoav Qallantı istefaya göndərməsinin səbəbləri haqda da danışıb: “Müharibə zamanı Baş nazirlə müdafiə naziri arasında tam etimad hər zamankindən daha vacibdir. Biz ilkin olaraq bu etimada malik olsaq və kampaniyanın ilk aylarında çox şeyə nail olsaq da, son aylarda aramızdakı etimad eroziyaya uğradı.

 

Qallantla mənim aramda kampaniyanın idarə olunması ilə bağlı ciddi fikir ayrılıqları yarandı. Bu fikir ayrılıqları həm hökumət, həm də kabinet qərarlarına zidd olan bəyanatlar və hərəkətlərlə müşayiət olundu. Mən dəfələrlə bu boşluqları aradan qaldırmaq üçün cəhdlər etdim, lakin onlar daha da genişləndi. Bu məsələlər hətta qəbuledilməz şəkildə ictimaiyyətə çatdı və daha da pisi - düşmənlərimizə məlum oldu,  onlar da bundan həzz alıb üstünlük əldə etdilər”.

 

Baş nazir xarici işlər naziri israil Katzın müdafiə naziri təyin edilməsi səbəbinə də toxunub: “İsrail Katz beş il ərzində həm xarici işlər naziri, həm maliyyə naziri, həm kəşfiyyat naziri, həm də Təhlükəsizlik Kabinetinin uzun müddətdir üzvü kimi milli təhlükəsizliyə sadiqliyini sübut edib”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.