Mariya Zaxarova: “Rusiya Qərb "sülhməramlıları"nın Ukraynada yerləşdirilməsinin əleyhinədir”

"Arzu edənlər koalisiyası" adlanan qondarma sülhməramlı əməliyyat çərçivəsində NATO ölkələrindən hərbçilərin Ukraynada yerləşdirilməsi Rusiya ilə birbaşa qarşıdurma təhlükəsi daşıyır. Moskva qəti şəkildə belə bir ssenarinin əleyhinədir".

 

TASS-ın xəbərinə görə, bu sözləri brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəzi Avropa ölkələrinin "Arzu edənlər koalisiyası"nın sülhməramlı qüvvələri qismində öz hərbçilərini Ukraynaya göndərmək təşəbbüsünü şərh edərkən deyib.

 

"Bir daha diqqəti cəlb etmək istərdim ki, Rusiya NATO ilə birbaşa toqquşmaya istiqamətlənən belə bir ssenarinin qəti əleyhinədir", - deyə o bildirib.

 

"London və Paris Ukraynaya hərbi müdaxilə planlarını hazırlamağa davam edirlər. Bütün bunlar hansısa sülhməramlı missiya altında maskalanır", - deyə Zaxarova vurğulayıb.

 

Qeyd edək ki, martın 20-də Londonda "Arzu edənlər koalisiyası" adlanan koalisiyaya daxil olan ölkələrin hərbi liderlərinin görüşü keçirilib və görüşdə münaqişənin həll edilməsindən sonra Ukraynaya qoşun göndərilməsinin əməliyyat detalları müzakirə edilib. Görüşdə 30-a yaxın Qərb ölkəsinin nümayəndələri iştirak edib. Həmin gün Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, Krallıq sülh sazişinə əməl olunmasını təmin etmək üçün Ukraynada quru, dəniz və hava hərbi əməliyyatları üçün planlar hazırlayır.

 

Daha əvvəl isə Britaniya KİV yazmışdı ki, London və Paris Ukrayna üzrə sülh sazişini təmin etmək üçün 10 000-dən 30 000-ə qədər hərbçidən ibarət "sülhməramlı korpus"un yaradılmasına ümid edir.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.