Krımda məscidi yandırmaq istəyən şəxs saxlanılıb.
TASS xəbər verir ki, o, vətəndaşlara hücumlarda, əmlaka ziyan vurmaqda və ekstremizmdə iştirak edib, həmçinin məscidi yandırmağı planlaşdırıb.
Saxlanılan şəxs vətəndaşlara basqın edərək onlara bədən xəsarəti yetirmək, onların əmlakına od vurmaq və ekstremist simvollar tətbiq etməkdə şübhəli bilinir.
Onun üzərindən istifadəyə hazır “Molotov kokteyli”, bıçaq, bibər qazı, svastika vurmaq üçün yaşıl aerozol boyası aşkar edilib.