ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski Romada qısa görüş keçiriblər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat verib.
Qeyd olunub ki, liderlər Romaya Papa Fransiskin dəfn mərasimində iştirak etmək üçün gəliblər.
Görüşün nəticələri barədə hələlik heç bir məlumat verilməyib.
Hazırda Tramp və Zelenski Vatikanda, Müqəddəs Pyotr meydanında keçirilən dəfn mərasimində iştirak edirlər.
“Sky News” telekanalı isə xəbər yayıb ki, ABŞ və Ukrayna prezidentləri Vatikanda Roma Papası Fransiskin dəfn mərasimindən sonra əlavə danışıqlar aparmaq barədə razılığa gəliblər.