Zelenski Vatikanda Böyük Britaniyanın Baş naziri ilə də görüşüb

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Kir Starmerlə təkbətək görüşüb.

 

Senzor.az bildirir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqa "X" hesabında məlumat verib.

 

"Prezident Volodimir Zelenski Vatikanda Baş nazir (Böyük Britaniya - red.) Kir Starmer ilə üzbəüz görüşərək müttəfiqləri ilə aktiv fəaliyyəti davam etdirir", - deyə Sibiqa yazıb.

 

Qeyd edək ki, bundan əvvəl Zelenskinin ABŞ Prezidenti Donald Tramp və Fransa Prezidenti Emmanuel Makronla da təkbətək görüşləri olmuşdu.

 

Yeri gəlmişkən, Ukrayna Prezidenti Volodimir Zelenski Papa Fransiskin dəfn mərasimi ərəfəsində ABŞ Prezidenti Donald Trampla Vatikanda 15 dəqiqəlik görüşünü şərh edib. O, "Telegram" kanalında etdiyi paylaşımında, ümumi nəticələr əldə ediləcəyi təqdirdə, görüşü "yaxşı və simvolik, tarixi hadisəyə çevrilmək potensialı olan" görüş adlandırıb.

 

"Yaxşı görüş idi. Təkbətək çox şeyi müzakirə edə bildik. Biz deyilənlərin hamısından nəticə əldə edilməsini gözləyirik. İnsanlarımızın həyatını qorumalıyıq. Tam və qeyd-şərtsiz atəşkəsə nail olmalıyıq. Etibarlı və davamlı sülh müharibənin təkrarlanmasından qoruyacaq. Ümumi nəticələr əldə etsək, tarixə keçmə potensialı olan çox simvolik görüşdür. Təşəkkürlər, Prezident Donald Tramp!", - deyə Zelenski paylaşımda vurğulayıb. 

 

Onu da qeyd edək ki, Papanın dəfn mərasimindən sonra Zelenskinin Trampla yenidən görüşməsi nəzərdə tutulsa da, Ukrayna lideri Fransa Prezidenti Emmanuel Makronla görüşüb. Tramp isə ABŞ-a qayıdıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.