İran parlamenti Şəhid Rəcai limanında partlayışa səbəb olan səhlənkarlıqla əlaqədar ölkənin yol və şəhər inkişafı naziri Fərzanə Sadeqin impiçment prosedurunu başladıb.
İran parlamentinin abadlıq komitəsinin üzvü Məhəmməd Mənan Raisi bu barədə “Tasnim” agentliyinə müsahibəsində bildirib.
Deputatın sözlərinə görə, hazırda impiçmenti dəstəkləyən 40 imza qeydə alınıb, lakin son məlumatlara əsasən, onların sayı artacaq.
Qeyd edək ki, baş verən partlayış nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb, 1200-dən çox insan xəsarət alıb.