"Hindistanın növbəti 24 saat ərzində hərbi zərbə endirməyi planlaşdırmağına dair Pakistanda etibarlı kəşfiyyat məlumatları var".
Senzor.az bildirir ki, bunu Pakistanın informasiya və yayım naziri Attaullah Tarar özünün sosial şəbəkə səhifəsində yazıb.
Nazir vurğulayıb ki, İslamabad belə hərəkətlərə sərt və qəti cavab verməyə hazırdır.
Qeyd edək ki, artıq Cammu bölgəsində tərəflər arasında atışmaların başlandığına dair xəbərlər gəlir.