Ukrayna ordusu Xerson vilayətinin Alyoşki şəhərindəki bazara PUA zərbələri endirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Xerson vilayətinin qubernatoru Vladimir Saldo məlumat yayıb.
“Səhər saatlarında Alyoşkidəki mərkəzi bazara Ukrayna ordusu tərəfindən dron zərbəsi endirilib. Hücum zamanı bazarda çoxlu adam olub”, - Saldo bildirib.
Onun sözlərinə görə, hücum nəticəsində 7 nəfər ölüb, 20 nəfər isə yaralanıb.