İstanbul şəhərinin hüquq-mühafizə orqanları hökumət tərəfindən icazə verilməyən kortəbii aksiyaların təşkilinə cəhd etdikləri üçün 384 nəfəri saxlayıb.
TASS xəbər verir ki, bu barədə Müasir Hüquqşünaslar Assosiasiyası məlumat yayıb.
Qeyd olunub ki, şəhər administrasiyası icazəsiz 1 May nümayişlərinin keçirilməsinin qarşısını almaq üçün gücləndirilmiş təhlükəsizlik tədbirləri görüb.
İstanbul hakimiyyəti həmkarlar ittifaqlarına 1 May nümayişlərini yalnız Kadıköy və Kartalda keçirməyə icazə verib. Türkiyədə mayın 1-də qeyd olunan Əmək və Həmrəylik Günündə təhlükəsizliyin təmin edilməsi üçün təxminən 40 min polis cəlb edilib.