İsrail Dəməşqdə Prezident sarayının yaxınlığındakı hədəfə hücum edib.
Senzor.az bildirir ki, İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrail Katzın yaydığı birgə bəyanatda belə deyilir.
“Hücum Suriya rejiminə açıq siqnal verir. İsrail qoşunların Dəməşqin cənubuna göndərilməsinə və ya druz icması üçün hər hansı təhlükəyə icazə verməyəcək”, - bəyanatda bildirilib.