Ukraynadan Krıma kütləvi hücumlar...
VİDEO

Mayın 2-nə keçən gecə Rusiyanın ilhaq etdiyi Krım yarımadası Ukrayna PUA-larının kütləvi hücumuna məruz qalıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Rusiya Müdafiə Nazirliyi Hava Hücumundan Müdafiə (HHM) qüvvələrinin yarımada üzərində 89 Ukrayna PUA-sının vurduğunu iddia edib.

 

“Krımskiy veter” Telegram-kanalının məlumatına görə, hərbi aerodromların yerləşdiyi Sevastopol, Cankoy, Saki, Novofyodorovka və Kaçada partlayış səsləri eşidilib. Sosial şəbəkələrdə yarımadadakı narahat gecəni təsdiqləyən videolar yayılıb. Bəzi görüntülərdə Kaça aerodromundan uzaq olmayan Uqlovoye kəndi ərazisində yanğın baş verib.

 

Sevastopolun Rusiya tərəfindən təyin olunmuş qubernatoru Mixail Razvojayev hücumun baş verdiyini təsdiqləyərək, onun dəf edildiyini deyib.

 

“Rusiya dəniz donanması hücumu dəf etməyə qoşulub. “Kütləvi və birləşmiş” şəkildə təşkil olunan hücum Xersonesos, Sevastopol körfəzi, Kaça və Balaklava yaxınlığındakı sular üzərində həyata keçirilib”, - təxminən gecə saat 3 radələrində Razvojayev bildirib.

 

Eyni zamanda Rusiya hakimiyyəti Krım körpüsündə nəqliyyatın hərəkətini dayandırıb. Körpü üzərində hərəkət məhdudiyyətləri təxminən 2,5 saat qüvvədə olub, bundan sonra nəqliyyatın hərəkəti bərpa edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.