ABŞ Prezidenti Donald Tramp Roma Papası obrazında fotoşəklini dərc edib.
Tramp müvafiq şəkli bu gün “Truth Social” şəbəkəsində paylaşıb.
Fotoda o, qızıl suyuna salınmış taxtda oturub və ağ sutana geyinib. Trampın sinəsində böyük qızıl xaç, başında isə dəfnə çələnginin simvolu olan katolik mitrası var.
Şəkildə ABŞ Prezidenti şəhadət barmağını yuxarı qaldırıb, adsız barmağında isə üzük var.
Qeyd edək ki, Trampın paylaşımı Ağ Evin “X” sosial şəbəkəsindəki səhifəsində də dərc edilib.
Fotoşəkil dərhal bütün dünyada viral olub.
Xatırladaq ki, ABŞ Prezidenti ötən günlərdə bir neçə dəfə zarafatla “növbəti Papa özüm olmaq istərdim” demişdi: “Mən Papa olmaq istərdim. Düşünürəm ki, böyük Papa olardım. Bunu məndən yaxşı heç kim edə bilməzdi”.