Zelenski Moskvadakı parada qatılacaq dünya liderlərini hədələdi – RUSİYA XİN-dən REAKSİYA
VİDEO

“Zelenski 9 May Qələbə Gününü qeyd etmək üçün Moskvaya gəlməyi planlaşdıran dünya liderlərini açıq şəkildə hədələyib”.

 

Senzor.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova sosial media hesabında bəyan edib.

 

O, bu açıqlamasını “klassik beynəlxalq terror təhlükəsi ilə bağlı xəbərdarlıq” kimi qiymətləndirib.

 

O, Ukrayna Prezidenti Volodimir Zelenskinin Qələbə Günü münasibətilə rusiyalı həmkarı Vladimir Putinin təklif etdiyi atəşkəsi qəbul etməməsini əsas gətirib: “O, müqəddəs gündə parada qatılacaq veteranların fiziki təhlükəsizliyini də sual altına qoyur”.

 

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də sosial media hesabında Ukrayna liderinin Moskvada dünya liderlərinin təhlükəsizliyinə zəmanət verə bilməyəcəyini dediyini xatırladıb: “Qələbə günü təxribat olarsa, Kiyevin mayın 10-unu görəcəyinə heç kim zəmanət verə bilməz”.

 

Qeyd edək ki, Zelenski jurnalistlərə açıqlamasında Moskvada keçiriləcək hərbi parada qatılacaq əcnəbilərin təhlükəsizliyinə təminat verə bilməyəcəklərini deyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.