Rusiya hava hücumundan müdafiə sistemləri ötən gecə Ukraynanın 105 təyyarə tipli pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Senzor.az bildirir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda belə deyilir.
Nazirliyin məlumatına görə, Bryansk vilayəti üzərində 32, Voronejdə 22, Penzada 10, Kaluqada 9, Belqorodda 6, Lipetsk və Samarada 2, Vladimir, Kursk və Rostovda 1 ədəd PUA vurulub.
Moskva meri Sergey Sobyanin 19 PUA-nın paytaxta hücum etdiyini bildirib. Pilotsuz aparatlardan birinin qalıqları Kaşirskoye şosesinə düşüb. O qeyd edib ki, ilkin məlumata görə, ciddi dağıntı və tələfat yoxdur.
Hücum nəticəsində Moskva hava limanlarında və digər şəhərlərdəki aeroportlarda uçuşlar müvəqqəti olaraq dayandırılıb və artıq bərpa olunub.