Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan MHP sədri Dövlət Baxçalını evində ziyarət edib.
Senzor.az bildirir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Baxçalı Türkmənbəyi küçəsindəki evində keçirilən görüşdən əvvəl Ərdoğanı qapıda qarşılayıb.
Xatırladaq ki, D.Baxçalı fevral ayından bəri səhhətində yaranan problemlə bağlı müalicə alırdı. O, vəzifəsinin icrasına ötən ay başlayıb.

