İraq Prezidenti Ceyhun Bayramovu qəbul edib - İKİTƏRƏFLİ VƏ REGİONAL MƏSƏLƏLƏR MÜZAKİRƏ OLUNUB
FOTO

İraq Prezidenti Abdullatif Camal Rəşid Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, görüş zamanı Azərbaycan və İraq arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub, ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri, o cümlədən qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Nazir Ceyhun Bayramov ölkələrimiz arasında yüksək səviyyəli səfərlərin, intensiv siyasi dialoqun əməkdaşlığın siyasi, iqtisadi, ticarət, enerji, sərmayələr, nəqliyyat, təhsil, mədəniyyət, turizm və digər sahələrdə müsbət şəkildə irəliləməsinə mühüm töhfə verəcəyinə əmin olduğunu qeyd edib.

 

Tərəflər ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayələrin təşviqi, biznes dairələri arasında təmasların gücləndirilməsi və turizm əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi apararaq, bu istiqamətlərin əlaqələrin gələcək inkişafında mühüm rol oynayacağını vurğulayıblar.

 

Beynəlxalq təşkilatlar, xüsusilə də BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində mövcud birgə fəaliyyətin məmnunluq doğurduğu bildirilib və qarşılıqlı dəstəyin davam etdiriləcəyi ifadə olunub.

 

Qarşı tərəfə postmünaqişə dövründə bölgədə yaranmış yeni reallıqlar, azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə və regional sülh gündəliyi barədə ətraflı məlumat təqdim edilib.

 

Prezidenti Əbdüllətif Camal Rəşid Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), habelə Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirilən görüşlərini məmnunluqla xatırlayıb, bu kimi ali səviyyəli təmasların əhəmiyyətindən bəhs edib, ölkə başçısına öz salamlarını çatdırıb.

 

Görüşün sonunda Azərbaycan ilə İraq arasında qarşılıqlı hörmətə və ortaq dəyərlərə əsaslanan dostluq münasibətlərinin davamlı olaraq inkişaf etdirilməsi istiqamətində səylərin daha da gücləndirilməsinin vacibliyi qeyd olunub.

 

Görüşdə həmçinin digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.