Türkiyə və Azərbaycan hərbçiləri Naxçıvanda birgə təlim keçiblər.
Senzor.az bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi “X”dəki hesabında məlumat yayıb.
Məlumata görə, Türkiyə Ordusunun 9-cu Komando Briqada komandanlığı və Naxçıvanın Əlahiddə Ümumqoşun Ordusunun bölmələri “Birgə komando təlimi” keçiriblər.
Təlimin Naxçıvandakı Qarabağlar Dağ Təlim Mərkəzində keçirildiyi bildirilir.