Tramp Si Cinpinlə telefon danışığı aparacaq

ABŞ Prezidenti Donald Tramp bu həftənin sonunda Çin Xalq Respublikasının Sədri Si Cinpinlə telefon danışığı aparmağı planlaşdırır.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ağ Evdə jurnalistlərə ABŞ lideri özü məlumat verib.

 

"Mən Sədr Si ilə, yəqin ki, həftə sonu danışacağam", - Tramp ABŞ və Çin arasında ticarət sahəsində əldə edilmiş razılaşmaları şərh edərkən bildirib.

 

Qeyd edək ki, bu gün ABŞ və Çin rüsumların qarşılıqlı olaraq 90 gün müddətinə azaldılması barədə razılığa gəliblər. ABŞ-ın maliyyə naziri Skott Bessent Cenevrədə aparılan danışıqların yekunu üzrə bildirib ki, razılaşmaya əsasən, Vaşinqton Çin mallarına tətbiq edilən rüsumları 145 %-dən 30 %-ə, Pekin isə 125 %-dən 10 %-ə endirəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.