Gürcüstanın İrəvandakı səfirliyi qarşısında ETİRAZ AKSİYASI KEÇİRİLİR
VİDEO

Gürcüstanın İrəvandakı səfirliyi qarşısında alkoqol məhsulların istehsalçıları və ixracatçılarının iştirakı ilə etiraz aksiyası keçirilir.

 

Senzor.az bildirir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

 

Aksiya iştirakçıları Gürcüstan tərəfinin addımlarından narazılıqlarını ifadə edirlər. Onların sözlərinə görə, Ermənistan məhsulları daşıyan yük maşınlarının Rusiyaya keçməsinə maneə törədilir və Gürcüstan ərazisində laboratoriya yoxlamasının keçirilməsi tələb edilir.

 

Bildirilib ki, bu səbəbdən yük maşınları Ermənistan-Gürcüstan sərhədində bir neçə həftə dayanmağa məcbur olur. Bu da təkcə istehsalçılar və ixracatçılar üçün deyil, həm də nəqliyyat şirkətlərinə milyonlarla ziyan vurur. Etirazçılar Gürcüstan səfirliyindən yaranmış vəziyyətlə bağlı izahat və rəsmi mövqe tələb edirlər.

 

Bir müddət sonra səfirliyin bir əməkdaşı ixrac zamanı maneələrlə üzləşən şirkətlərin siyahısını istəyib və bir neçə şirkətin adını qeyd edib.

 

Buna baxmayaraq, aksiya iştirakçıları səfirliyə gedən yolu hər iki istiqamətdə bağlamağa qərar veriblər.

 

Ermənistan İqtisadiyyat Nazirliyi bu məsələnin həlli istiqamətində intensiv iş aparıldığını qeyd edib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.