Ərdoğan NATO-nun Baş katibi ilə görüşdü
FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 13-də Ankarada NATO-nun Baş katibi Mark Rutteni qəbul edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Şimali Atlantika Alyansının Baş katibi NATO ölkələrinin xarici işlər nazirlərinin 14-15 may tarixlərində Antalyada keçiriləcək qeyri-rəsmi görüşü ərəfəsində Ankaraya səfər edib.

Türkiyə Prezidenti və NATO-nun Baş katibi Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər. Ərdoğan Türkiyənin Ukrayna-Rusiya müharibəsini uzunmüddətli və ədalətli sülhlə sona çatdırmaq üçün səylərini artırdığını diqqətə çatdırıb.

 

O, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar apardığını, Türkiyənin hərtərəfli atəşkəs əldə olunmasını qətiyyətlə dəstəklədiyini, NATO-nun bu müharibənin bir parçası olmaması mövqeyini müdafiə etdiyini, sülh fürsətinin əldən verilməməsi lazım olduğunu bildirib.

 

Qeyd edək ki, Prezident Kompleksində baş tutan görüş mətbuata qapalı keçirilib.

 

Görüşdə xarici işlər naziri Hakan Fidan da iştirak edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.