ABŞ Prezidenti Donald Tramp Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şara ilə danışıqlar aparıb.
Bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.
Məlumata görə, iki ölkə liderləri arasında baş tutan bu görüş son 25 il ərzində ilk olub.
Ağ Evin mətbuat katibi Karolin Levitt isə özünün "X" sosial şəbəkə hesabında yazıb ki, ABŞ Prezidenti Donald Tramp Ər-Riyadda Suriya administrasiyasının yeni rəhbəri Əhməd əl-Şara ilə görüşündə Suriya hakimiyyətini Avraam razılaşmaları çərçivəsində İsraillə münasibətləri normallaşdırmağa və İŞİD terror qruplaşmasının dirçəlişinin qarşısını almağa çağırıb.
Onun sözlərinə görə, ABŞ lideri prezident əl-Şaranı Suriya xalqı üçün böyük işlər görməyə, o cümlədən İsrail ilə Avraam razılaşmasını imzalamağa və İŞİD-in dirçəlişinin qarşısını almaqda ABŞ-a kömək etməyə çağırıb.