Robert Koçaryanın oğlu Ermənistan parlamentində dava saldı
VİDEO

Ermənistan parlamentində vitse-spiker Akop Arşakyanla müxalifətçi deputat, Robert Koçaryanın oğlu Levon Koçaryan arasında mübahisə düşüb.

 

Senzor.az Ermənistan KİV-ə istinadən bildirir ki, Levon Koçaryan çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyanı qondarma "Artsax"ı təslim etməkdə ittiham edib. L.Koçaryan fikrinin davamında spiker Alen Simonyana qarşı da ittihamlar səsləndirib.

 

Ona cavabında Ermənistan parlamentinin sədr müavini Akop Arşakyan tribunaya çıxaraq Levon Koçaryana xitabən deyib: "Levon Koçaryan, həddini bil, otur yerinə və sənə dediklərimə qulaq as, mənə barmaq silkələmə. Robert Koçaryanın haqqında camaatın nə deməsinə qulaq as. Koçaryanın atasının türk olduğunu deyirlər, hətta onun adını da çəkirlər. Deyirlər ki, onlar satqındırlar, vətənləri yoxdur, ailəsi ilə "Artsax"ı müharibə vəziyyətində qoyub, qaçıblar. "Artsax" üçün heç nə etməyiblər. Amma biz bu barədə buradan danışmırıq".

 

Lakin gərginlik bununla yekunlaşmayıb. Ermənistan parlamentinin sədrinin müavininin bu çıxışından sonra "Hayastan" fraksiyasından olan deputat Levon Koçaryanla hakim “Vətəndaş Sazişi” Partiyasının üzvləri arasında əlbəyaxa dava olub. 

 

Daha sonra Levon Koçaryanı parlamentin iclasından çıxarıblar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.