Rusiyada yaşayan azərbaycanlı bloqer Hüseyn Həsənov axtarışa verilməsi ilə bağlı yayılan xəbərə münasibət bildirib.
Bu barədə o, “İnstaqram” hesabında açıqlama verib.
Hüseyn vergi borcunun olmadığını bildirib: “Bəli, vahiməli səslənir – “qiyabi həbs”, amma əslində hər şey o qədər də dramatik deyil. Bütün vergi məsələləri keçən il həll olunub”.
O əlavə edib ki, artıq vəkilləri məsələ ilə bağlı işləyirlər.
**19:40
Azərbaycanəsilli bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib və barəsində qiyabi həbs qərarı çıxarılıb.
Bu barədə TASS xəbər yayıb.
H.Həsənov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 174-cü maddəsinin 4-cü hissəsi (çirkli pulların yuyulması) ilə qiyabi ittiham olunub. Hazırda həbs qərarından apellyasiya şikayəti verilir.
Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, bloger axtarışda olanlar siyahısına salınıb.