Hava hücumunu dəf etmək tapşırığını yerinə yetirən Ukraynaya məxsus F-16 qırıcısı fövqəladə vəziyyətlə üzləşib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, pilot təyyarəni yaşayış məntəqələrindən uzaqlaşdırıb və uğurla katapult etməyə müvəffəq olub.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının Kommunikasiya İdarəsindən verilən məlumata görə, pilot tez bir zamanda tapılaraq təxliyə edilib. Onun səhhəti qənaətbəxş kimi qiymətləndirilir, hazırda həyatına təhlükə yoxdur.
"Bütün halların obyektiv şəkildə aydınlaşdırılması üçün komissiya təyin edilib və artıq öz işinə başlayıb", - deyə Hərbi Hava Qüvvələrindən bildirilib.