Ukrayna Krımı bombaladı
VİDEO

Mayın 16-na keçən gecə və səhər saatlarında Krımda silsilə güclü partlayış səsləri eşidilib. 

 

Yerli Telegram-kanallarının məlumatına görə, zərbələr Rusiya qüvvələrinin strateji hərbi obyektlərini hədəfə alıb.

 

“Krımskiy veter” telegram-kanalının məlumatına görə, səhər saat 06:15 radələrində Sevastopolda güclü partlayış baş verib. Naximov adına Hərbi Dəniz Akademiyasının ərazisindən Rusiya hava hücumundan müdafiə (HHM) vasitələri atəşə tutulub.

 

Eyni zamanda, Rusiya Qara Dəniz Donanmasının 126-cı xüsusi müdafiə briqadasının yerləşdiyi Perevalnoye kəndi ərazisində partlayışlar qeydə alınıb. “Krımskiy veter” kanalı bildirib ki, çoxlu sayda təcili yardım maşınları Simferopoldan Yalta şossesi ilə Perevalnoye istiqamətində hərəkət edib.

 

“Ərazidə partlayışlar müşahidə edilib və hərbi obyektlərin üzərinə qatı tüstü qalxıb. 126-cı briqada hərbi bazasının ərazisində silah-sursat anbarında yanğın baş verib və bu, uzunmüddətli partlamaya səbəb olub”, - yerli əhali bildirib.

 

Bununla yanaşı, Sevastopol da hücuma məruz qalıb. Yerli sakinlər şəhərdə, xüsusən də Rusiya qüvvələrinin təyyarələri yerləşdirmək üçün istifadə etdiyi Belbek və Kaça hərbi aerodromları yaxınlığında yeni partlayışlar olduğunu açıqlayıblar.

 

Krımda hərbi obyektlərə zərbələrin endirilməsini təsdiqləyən “ATEŞ” hərəkatının məlumatına görə, Perevalnoyedə təkcə silah-sursat anbarlarına deyil, həm də hərbi texnikanın olduğu anqarlara da ziyan dəyib.

 

“Anbarda xidmət edən rus hərbçilərinin həlak olması ilə bağlı məlumat var”, - xəbərdə deyilir.

 

Rusiya tərəfinin verdiyi açıqlamada isə ölkənin HHM sistemlərinin Qara Dəniz üzərində 43, Krım yarımadası səmasında 21 və Belqorod vilayəti üzərində 1 Ukrayna PUA-sını məhv etdiyi vurğulanır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.