Rusiya və Ukrayna hərbi qulluqçularının cəsədlərini mübadilə ediblər. Rusiya 909 cəsədi qaytarıb, əvəzində isə 34 cəsədi alıb.
RBC xəbər verir ki, bu barədə Rusiya parlamentinin hərbi əməliyyatlar üzrə koordinasiya qrupunun nümayəndəsi, Dövlət Dumasının deputatı Şamsail Saraliyev məlumat verib.
Xatırladaq ki, tərəflər arasında sonuncu meyit mübadiləsi aprelin 18-də baş tutub. Daha sonra Rusiya 41 döyüşçünün cəsədini qaytarıb, 909 cəsədi isə Ukraynaya verib. Mart ayında tərəflər 43 rus hərbçisinin cəsədini 909 ukraynalının cəsədi ilə dəyişdiriblər. Fevralda isə Rusiyaya 45 cəsəd, Ukraynaya 757 cəsəd mübadiləsi icra edilib.
** 14:56
Həyata keçirilən repatriasiya tədbirlərindən sonra Rusiya 909 hərbçinin cəsədini Ukraynaya qaytarıb.
Yerli KİV bildirir ki, bu barədə əsirlərlə davranış üzrə koordinasiya qərargahı məlumat yayıb.
İdarədən bildirilib ki, hüquq-mühafizə orqanlarının müstəntiqləri Daxili İşlər Nazirliyinin ekspert qurumları ilə birlikdə ölənlərin şəxsiyyətini ən qısa zamanda müəyyən edəcəklər.