Xamenei Trampı yalan danışmaqda ittiham etdi - VİDEO

İranın ali lideri Əli Xamenei ABŞ Prezidenti Donald Trampı yalan danışmaqda ittiham edib.

 

"Azad İran" "Telegram" kanalının yaydığı məlumata görə, bu barədə o, ölkədəki bir qrup müəllimlə keçirdiyi görüşdə çıxışı zamanı bəyan edib.

 

Xamenei Trampın son günlərdə ərəb ölkələrinə səfəri zamanı verdiyi bəyanatlara toxunaraq onların cavab verilməyə belə layiq olmadığını vurğulayıb.

 

"Trampın nitqinin səviyyəsi o qədər aşağıdır ki, bu, onun özü üçün biabırçılıq, ABŞ xalqı üçün isə utancverici bir haldır. O, guya gücdən sülh yaratmaq üçün istifadə etmək istədiyini deyib, lakin o yalan danışıb. Sülh yaratmaq üçün onlar nə vaxt gücdən istifadə ediblər?" - deyə Xamenei bildirib.

 

İranın ali rəhbəri əlavə edib ki, gücdən yalnız sülh və təhlükəsizliyin təmin olunması məqsədilə istifadə edilə bilər.










Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.