Sahibə Qafarova Vatikana gedib – YENİ ROMA PAPASININ ANDİÇMƏ MƏRASİMİNDƏ İŞTİRAK EDƏCƏK
FOTO

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Roma Papası XIV Leonun rəsmi andiçmə mərasimində iştirak etmək üçün Vatikana işgüzar səfərə gedib.

 

Senzor.az bildirir ki, Roma şəhərinin beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı Vatikan rəsmiləri, Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov və ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov qarşılayıblar.

 

Xatırladaq ki, Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leonun mayın 18-də keçiriləcək andiçmə mərasimində 200-dən çox xarici nümayəndə heyətinin iştirakı gözlənilir. Mərasimi 500-dən çox media nümayəndəsi işıqlandıracaq.

 

Mərasimi izləmək üçün Müqəddəs Pyotr meydanında və ətrafında təxminən 200 min nəfər toplaşacaq.

 

Bütün bunları nəzərə alan İtaliya təhlükəsizlik qüvvələri gücləndirilmiş iş rejiminə keçib, meydana giriş-çıxışlarda mərhələli yoxlamalar aparılacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.