Rusiya Prezidenti Vladimir Putin regionun tam azad edilməsindən sonra ilk dəfə Kursk vilayətinə səfər edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Putin Kurskda könüllülərlə görüş keçirib.
Rusiya prezidenti Kursk vilayətində tikilməkdə olan Kursk AES-2-yə baş çəkib.
Putin Kurçatov şəhərində Kursk vilayətinin bələdiyyə rəhbərləri ilə görüş keçirib.
Qeyd edək ki, Rusiyanın Kursk vilayətinin bir hissəsi 2023-cü ilin avqustunda Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə keçib. Bu ilin aprelin 26-da Rusiya Kursk vilayətinin Ukrayna ordusundan tam azad olunduğunu açıqlayıb.