
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının İmralı həbsxanasında PKK terror təşkilatının lideri Abdullah Öcalanla görüşməyə hazır olmasına dair bəyanatına münasibət bildirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Ərdoğan Dövlət Baxçalının ilk gündən verdiyi bəyanatlarla “Terrorsuz Türkiyə” prosesinin bu nöqtəyə gəlməsinə misilsiz töhfə verdiyini vurğulayıb.
Xəbər verdiyimiz kimi, MHP sədri Dövlət Baxçalı İmralı həbsxanasında PKK terror təşkilatının lideri Abdullah Öcalanla görüşməyə hazır olduğunu bəyan edib.
“Açıq şəkildə deyirəm. Lazım gəlsə, üç dostumu da götürüb İmralıya gedərəm”, - o qeyd edib.
Dövlət Baxçalı vurğulayıb ki, terrordan azad bir Türkiyənin hədəfi getdikcə daha da güclənməkdirsə, İmralıya getməkdən çəkinməyin mənası yoxdur.
Dövlət Baxçalı Öcalanla danışıqlar aparan DEM Partiya heyəti ilə də görüşüb.
Xatırladaq ki, bir müddət əvvəl PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edib. Öcalanın adından yayılan yazılı müraciətdə “Silahı yerə qoyun!” çağırışı yer alıb. PKK liderinin çağırışından sonra bir qrup təşkilat üzvü Süleymaniyyədə tərksilah olub.
PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu ilin fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.
**
Bu arada məşhur türk siyasətçisi, Aydınlıq Hərəkatının lideri, hüquq doktoru və yazıçı, 15 fevral 2015-ci ildən Vətən Partiyasının (VP) lideri olan Doğu Perinçek də məsələyə müasibət bildirib.
Ətraflı videomaterialda: