
Noyabrın 17-də Ələt-Astara magistral yolunun Salyan rayonunun Çuxanlı kəndi ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi detallar məlum olub.
Oxu.az xəbər verir ki, avtoqəzaya düşərək yaralanan şəxslərdən biri - Aqil Nuriyev - Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimidir.
Qəza zamanı onun avtomobildə olan anası Gülmira Nuriyeva da xəsarət alıb.
Xatırladaq ki, KIA markalı minik avtomobili qarşıda gedən "KamAZ" markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində Şirvan şəhər sakinləri - 1967-ci il təvəllüdlü Gülmira Nuhu qızı Nuriyeva, 1993-cü il təvəllüdlü Aqil Abdul oğlu Nuriyev və Bakı şəhər sakini, 2013-cü il təvəllüdlü Şəmistan İntiqam oğlu Əmrahzadə yaralanıblar. Yaralılar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
