Qlobal internet sistemi çökdü:
AZƏRBAYCAN SAYTLARINA GİRİŞ MƏHDUDLAŞIB

Qlobal internet şəbəkəsində texniki problemlər yaranıb.

 

Senzor.az bildirir ki, bu barədə ABŞ-ın “Cloudflare” şirkəti məlumat yayıb.

 

Şirkət bildirib ki, baş verənlər bütün dünya üzrədir. Server problemləri qlobal miqyasda internet kəsintələrinə səbəb olur. Hələ hadisənin səbəbi məlum deyil, internet saytları ilə yanaşı, mobil tətbiqlər və sosial media platformalarına girişdə də çətinliklər yaşanır.

 

““Cloudflare” bir çox müştəriyə təsir edən problemdən xəbərdardır, onu həll etməyə çalışırıq”, - şirkət öz saytında yazıb .

 

“Downdetector”un məlumatına görə, xidmətlə bağlı bütün ölkələrdən çoxsaylı şikayət olub. Şikayətlərin əksəriyyəti serverə qoşula bilməmə ilə bağlıdır.

Xatırladaq ki, “Cloudflare” veb-saytların sürətli, təhlükəsiz və fasiləsiz fəaliyyət göstərməsinə kömək edən internet xidmətləri şirkətidir.

 **

Bu arada Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məsələ ilə bağlı məlumat yayıb.

 

"Bu nasazlıq nəticəsində ölkəmizdə də bir sıra internet resurslarının fəaliyyətində fasilələr yaranıb və xidmətlərə əlçatanlıq məhdudlaşıb.

 

Bir daha qeyd edirik ki, yaranmış problem lokal infrastruktur və ya milli internet şəbəkəsi ilə bağlı deyil. Çətinlik birbaşa "Cloudflare"in beynəlxalq şəbəkəsində baş verən texniki nasazlıqdan qaynaqlanır, bütün dünyada çoxsaylı istifadəçilərə təsir göstərir.

 

Nasazlıqla bağlı "Cloudflare"də açıqlama yayıb. Açıqlamaya görə, şirkət hazırda bir neçə müştəriyə təsir edən qlobal səviyyəli nasazlığı araşdırır və aradan qaldırılması istiqamətində iş görür", - deyə ETX-nın məlumatında bildirilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.