Tramp: Səudiyyə Ərəbistanı Yaxın Şərqdə sabitliyin əsas təminatçısı olacaq - VİDEO

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Amerika istehsalı olan silah və hərbi texnikanın böyük həcmdə alınması Səudiyyə Ərəbistanının Yaxın Şərqdə sabitliyin təminatçısına çevrilməsinə imkan verəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə o, Vaşinqtonda Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri Məhəmməd bin Salmanın şərəfinə keçirilən mərasimdə bildirib.

 

Tramp xatırladıb ki, may ayında iki ölkə arasında demək olar ki, 142 milyard dollarlıq silah və texnika alışına dair tarixi razılaşma açıqlanıb. Onun sözlərinə görə, bu müqavilə həm ABŞ-ın, həm də Səudiyyə Ərəbistanının təhlükəsizliyini möhkəmləndirəcək.

 

“Səudiyyə Ərəbistanı indiyə qədər heç vaxt bu qədər təhlükəsiz olmayıb. Əvvəllər ölkənin üzərində daima kiçik və ya böyük bir bulud olurdu. İndi isə həmin bulud yoxdur və biz bunun belə qalmasını istəyirik”, -Tramp bildirib.

 

Xatırladaq ki, ABŞ Səudiyyə Ərəbistanına beşinci nəsil F-35 qırıcı-bombardmançı təyyarələri və təxminən 300 tank da daxil olmaqla xeyli miqdarda silah satmağı planlaşdırır. Bu, Ağ Evin açıqladığı sənədlərdə öz əksini tapıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.