Zelenski: Ukrayna prezidentini nə Tramp, nə Mask, nə də başqa biri seçə bilər

Ukrayna Prezidenti Volodimir Zelenski istefa vermək niyyətində olmadığını bildirərək müharibəni öz məsuliyyəti hesab etdiyini deyib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Zelenski bu barədə britaniyalı jurnalist Pirs Morqanla müsahibəsi zamanı danışıb.

 

“Dünyada nə Donald Tramp, nə İlon Mask, nə də başqa biri Ukrayna prezidentini seçə bilər. Bunu yalnız Ukrayna vətəndaşları edə bilər”, - Zelenski vurğulayıb.

 

Prezident döyüş əməliyyatları başa çatana qədər seçkilərin keçirilməsini istisna edib. Könüllü şəkildə istefaya getmək ehtimalı ilə bağlı suala cavabında “Əlbəttə, yox. Bu, mənim məsuliyyətimdir”, – deyə bildirib.

 

Zelenskinin sözlərinə görə, bəzi nüfuzlu şəxslər onu vəzifədən uzaqlaşdırmaq istəyirlər, çünki o, Ukrayna torpaqlarını Rusiya ərazisi kimi heç vaxt tanımayacaq.

 

“Əgər məni hakimiyyətdən uzaqlaşdırsalar, əminəm ki, yeni lider – kişi və ya qadın – ölkəmizi müdafiə edəcək. Çünki bu, bizim evimizdir”, - Ukrayna lideri əlavə edib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.