
Şimali Koreya Şərqi Çin dənizində sualtı qayıqdan atılan iki növ strateji qanadlı raketi sınaqdan keçirib.
Bu barədə Yonhap agentliyi Koreya Mərkəzi Xəbər Agentliyinə istinadla məlumat yayıb.
Sınaqların məqsədi sualtı döyüş sistemlərinin səfərbərlik səviyyəsini yoxlamaq, Hərbi Dəniz Qüvvələrinin strateji missiyalardakı qabiliyyətini artırmaq və ordunun müharibənin qarşısını almaq gücünü nümayiş etdirməkdir.
Xatırladaq ki, oktyabrın 12-də ölkənin Yapon dənizinə doğru naməlum mərmi atdığı qeydə alınmışdı.