Estoniya-Rusiya sərhədində qeyri-müəyyənlik: AZƏRBAYCANLI SÜRÜCÜLƏR ÇƏTİN VƏZİYYƏTDƏ
VİDEO

Estoniya ilə Rusiya arasındakı Luhamaa sərhəd-keçid məntəqəsində qalan təxminən 50-yə yaxın sürücü çıxılmaz vəziyyətlə üzləşib.

 

Sürücülərin "Xəzər" TV-yə bildirdiklərinə görə, onlar elektron növbə sistemi vasitəsilə qeydiyyatdan keçiblər. Lakin, buraxılışın ləngiməsi səbəbindən gözləmə müddəti uzanıb, bir çoxunun növbə vaxtı keçib. Bir sözlə, bir aydır gözləyirlər, amma sərhədi keçə bilmirlər.

 

Sürücülərin sözlərinə görə, gözləmə müddəti həm maddi, həm də mənəvi baxımdan ciddi problemlər yaradıb. Onların istəyi problemin həll olunması və sərhədi keçmələri üçün şərait yaradılmasıdır.

 

Luhamaa sərhəd-keçid məntəqəsində gözləyən sürücülər üçün isə vaxt daralır. Çünki, Estoniya dekabrın 1-dən Rusiya ilə quru sərhədindəki avtomobil keçid məntəqələrini müvəqqəti bağlamağı planlaşdırır. Həmin tarixədək sərhədi keçə bilməyən sürücülər isə ya gözləməyə davam etməli, ya da başqa marşrut seçməli olacaqlar. Bu isə sürücüləri əlavə xərcə sala bilər.


Ətraflı videomaterialda:https://www.youtube.com/watch?v=6LGrneG8tXI




Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.