Azərbaycan güləşçiləri Ermənistanda keçirilən Avropa çempionatında altı medal qazandılar - FOTO

Ermənistanın Tsaxkadzor şəhərində eşitmə qabiliyyəti məhdud idmançılar arasında keçirilən Avropa çempionatında Azərbaycan milli komandası uğurlu nəticə ilə yadda qalıb.

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycan Deflimpiya Komitəsindən məlumat verilib.

 

Qeyd olunub ki, yunan-Roma güləşi üzrə yarışda 6 idmançı ilə təmsil olunan komandamız, ümumilikdə 6 medal - 3 gümüş və 3 bürünc medal qazanıb.

 

Böyüklər arasında keçirilən yarışda Kənan Allahverdiyev (60 kiloqram) və Tuncay İbrahimzadə (77 kiloqram) gümüş, Murad Cəfərov (55 kiloqram) isə bürünc medal əldə edib.

 

Ceyhun İsazadə isə iki yaş kateqoriyasında uğurla çıxış edib. O, gənclər arasında 60 kiloqram, böyüklər arasında isə 63 kiloqram çəki dərəcəsində bürünc medala sahib olub. İslam Rzayev (130 kiloqram) gənclər arasında keçirilən yarışda gümüş medal qazanıb.

 

Beləliklə, Azərbaycan təmsilçiləri Avropa çempionatını 3 gümüş və 3 bürünc medalla başa vurublar.



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.