
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Senzor.az bildirir ki, bu mərhələdə Ağdərənin Vəngli kəndinə 10 ailə - 42 nəfər, Çıldıran kəndinə 15 ailə - 49 nəfər, Kolatağ kəndinə 2 ailə - 6 nəfər, Heyvalı kəndinə 1 ailə - 1 nəfər, Xocalının Badara kəndinə 4 ailə - 7 nəfər, Xanyurdu kəndinə 9 ailə - 32 nəfər, Xanabad kəndinə 8 ailə - 33 nəfər, Xocavənd şəhərinə 7 ailə - 30 nəfər, Xocavəndin Quzeyxırman kəndinə isə 17 ailə - 71 nəfər köçürülüb.
Ağdərə rayonunun Vəngli, Çıldıran, Kolatağ və Heyvalı kəndləri, Xocalı rayonunun Badara, Xanyurdu və Xanabad kəndləri, Xocavənd şəhəri və rayonun Quzeyxırman kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.




