
Ukrayna ordusu gecə saatlarında Rusiyanın Tula vilayətinin Yefremov şəhərində yerləşən Sintetik kauçuk zavoduna dronlarla zərbə endirib.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, hücum fonunda müəssisədə partlayış və yanğın baş verib.
Söhbət 2025-ci il dekabrın 24-də hücuma məruz qalmış “Yefremov Sintetik Kauçuk Zavodu” ASC-dən gedir. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı həmin hücumla əlaqədar zavodun “İskəndər” operativ-taktiki raket kompleksləri üçün bərk raket yanacağının istehsalında iştirak etdiyini açıqlamışdı.
Müəssisə sintetik kauçuk və polimer materiallar, o cümlədən bəzi bərk raket yanacağı növlərinin tərkibində istifadə olunan hidroksilsonlu polibutadien istehsal edir.(Bax: https://www.youtube.com/shorts/WXLhOPUxkSg)