Ermənistandakı parlament müxalifəti Azərbaycanla sülhə gedən yolda son maneədir - PAŞİNYAN

Ermənistan parlamentindəki müxalifət Azərbaycanla sülhün əldə olunması yolunda son maneədir.

 

Senzor.az bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib.

 

"Bu gün parlament müxalifəti sülhə gedən yolda son maneədir. Onlar konstitusiya referendumunun keçirilməsinə səs verməlidirlər", – hökumət başçısı vurğulayıb.

 

Paşinyan parlament müxalifətinin konstitusiya referendumunun keçirilməsinin lehinə səs verəcəyinə əminliyini ifadə edib.

 

Baş nazir əlavə edib ki, Ermənistan institusional dövlətə çevrilməlidir.

 

Xatırladaq ki, N.Paşinyan yeni Konstitusiya layihəsinin referendumda qəbul edilməyəcəyi təqdirdə istefa verəcəyini, qəbul ediləcəyi halda isə növbəti seçkidə baş nazir vəzifəsinə namizədliyini irəli sürməyəcəyini bəyan edib.



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.