Bakıda Estoniya səfirliyinin rəsmi açılış mərasimi keçirilib - FOTO

Noyabrın 27-də Bakıda Estoniya Respublikasının Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasimi keçirilib.

 

Senzor.az bildirir ki, mərasim Azərbaycan və Estoniyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

 

Tədbirdə Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak ediblər.

 

Estoniyanın XİN başçısı ölkəsinin Dövlət bayrağını səfirliyin yerləşdiyi binanın qarşısında ucaldıb.

 

Marqus Tsaxkna bildirib ki, ölkəsinin Bakıda səfirliyinin açılması ölkələrimiz arasında dostluq münasibətlərinə və uzunmüddətli əməkdaşlığa sadiqliyin göstəricisidir.

 

Nazir Estoniya üçün Azərbaycanda səfirliyin açılmasının prioritet məsələlərdən biri olduğunu vurğulayıb.

 

“Yeni səfirliklərin açılması heç də asan məsələ deyil. Bunun üçün maliyyə vəsaitinin ayrılması ilə bağlı danışıqlar aparmaq lazım gəlir. Lakin bizim üçün yeni səfirliklərin açılması çox vacib idi və Azərbaycan prioritetlərimizdən biri olub. Azərbaycan həm regional, həm də tarixi baxımdan bizim üçün çox mühüm tərəfdaşdır. Xalqlarımız bir-birini tanıyır, ölkələrimiz arasında işgüzar əlaqələr inkişaf edir”, – Tsaxkna qeyd edib.

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Estoniya səfirliyinin rəsmi açılışını iki ölkə arasındakı münasibətlər baxımından mühüm hadisə kimi qiymətləndirib.

 

“İlk növbədə, bu mühüm hadisə münasibətilə estoniyalı həmkarımı, səfirliyin bütün əməkdaşlarını və hər birimizi təbrik etmək istəyirəm. Bu qərara görə Estoniya hökumətinə, xüsusilə də əziz dostum, xarici işlər nazirinə təşəkkürümü bildirirəm”, – Ceyhun Bayramov qeyd edib.







Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.