Rusiya MN: Son bir həftədə Ukraynanın 5 400 dronu vurulub

Rusiya Hava Hücumundan Müdafiə qüvvələri bir həftə ərzində Ukraynanın 17 idarə olunan bombasını, bir HIMARS raketini, üç "Neptun" uzun mənzilli qanadlı raketini və 5 400 dronunu vurub.

 

APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Rusiya qüvvələri bir həftə ərzində Zaporojye və Xarkov vilayətlərində iki yaşayış məntəqəsini nəzarətə götürüb.

 

Rusiya MN Ukrayna ordusunun bir həftə ərzində bütün cəbhələrdə 7700-dən çox hərbçi itirdiyini iddia edib.

 

Son bir həftə ərzində Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı hədəflərə iki böyük və 12 qrup hücumu həyata keçirdiyi də açıqlanıb. Rusiya tərəfi Ukraynanın hərbi aerodromlar, enerji və nəqliyyat infrastrukturu obyektləri və qanadlı raketləri, raket yanacağı, uzun və orta mənzilli dronlar istehsal edən müdafiə sənayesi müəssisələrinə zərbə endirdiyini bildirib.

 

Nəticədə Ukrayna Silahlı Qüvvələri tərəfindən istifadə edilən sursat anbarlarının, logistika mərkəzləri və anbar terminallarının, liman infrastruktur obyektlərinin sıradan çıxarıldığı qeyd olunub.

 

Rusiya MN son bir həftə ərzində Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün Ukraynaya silah, hərbi texnika və ikili təyinatlı mallar daşıyan 14 quru yük gəmisinə zərbə endirdiyini də açıqlayıb.



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.