
Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan qarşıdakı danışıqlarda Rusiyanın Ermənistandakı hərbi bazası məsələsini müzakirə edəcəklər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O qeyd edib ki, Paşinyanın Rusiyaya səfəri bir müddət əvvəl planlaşdırılıb və Kreml hazırda səfərə hazırlıq görür.
Peskov Ermənistanın Avropa İttifaqına inteqrasiya kursuna da münasibət bildirib: “Ermənistanın Avropa İttifaqına yönəlməsi və Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığı davam etdirmək istəyi bir-biri ilə uzlaşmır”.