
ABŞ Prezidenti Donald Tramp NATO-nun Baş katibi Mark Rutte ilə görüşündə Birləşmiş Ştatların Avropadakı gələcək hərbi mövcudluğunu ətraflı müzakirə etdiklərini bildirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Tramp bu barədə Florida ştatındakı Mar-a-Laqo iqamətgahında jurnalistlərin suallarını cavablandırarkən danışıb.
ABŞ-ın Avropadakı hərbi mövcudluğunun azaldılması ehtimalından bəhs edən Tramp NATO müttəfiqlərinin İranla münaqişədə Vaşinqtona kifayət qədər dəstək göstərmədiklərini bildirib.
“Amma biz Qrenlandiyanı əldə etdik. O, Texasdan üç dəfə böyükdür. Açığı, bu, mənim münasibətimi bir qədər dəyişdi”, – ABŞ Prezidenti qeyd edib.