ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanında Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şara ilə görüşüb.
Senzor.az bildirir ki, bu barədə “The Washington Post” yazıb.
Qeyd olunub ki, bu, 25 il ərzində ilk belə görüşdür.
Sonradan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman da görüşə qatılıb.
Daha sonra isə onlara onlayn formatda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qoşulub.
Hələlik danışıqların təfərrüatı barədə məlumat verilməyib.