Rusiya tərəfi mayın 15-də İstanbulda Ukrayna məsələsinin həlli ilə bağlı danışıqlara hazırlığı davam etdirir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Rusiya tərəfi cümə axşamı keçirilməli olan danışıqlara hazırlaşmağa davam edir. Hələlik bundan başqa heç nəyi şərh etmək niyyətində deyilik", - o qeyd edib.
Mətbuat katibinin sözlərinə görə, Kreml İstanbul danışıqlarında iştirak edəcək Rusiya nümayəndə heyətinin tərkibini Prezident Vladimir Putinin "bunu zəruri hesab etdiyi təqdirdə" elan edəcək.
Qeyd edək ki, V.Putin Kremldə keçirilmiş mətbuat konfransında Moskva və Kiyev arasında danışıqların yubanmadan və ilkin şərtlər olmadan mayın 15-də İstanbulda keçirilməsini təklif edib.