Tramp Səudiyyə Ərəbistanında Suriya Prezidenti ilə görüşəcək – SANKSİYALARI LƏĞV EDƏCƏK

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanında Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara ilə görüşməyə razılaşıb.

 

Senzor.az bildirir ki, bu barədə jurnalistlərə Ağ Evin nümayəndəsi məlumat verib.

 

“Prezident Səudiyyə Ərəbistanında olarkən mayın 14-də suriyalı həmkarı ilə görüşməyə razılıq verib”, - nümayəndə bildirib.

 

O, başqa təfərrüatları açıqlamayıb.

 

Daha əvvəl Suriya Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının Dəməşq və Vaşinqton arasında münasibətlərdə vasitəçi rolunu üzərinə götürdüyünü bəyan etmişdi. “The National” nəşrinin mənbələrindən birinin bildirdiyinə görə, əl-Şara ilə Tramp arasında mümkün söhbətin əsas mövzusu Amerikanın Suriyaya qarşı sanksiyalarının ləğvi olacaq.

 

Bu arada isə "Al Jazeera" xəbər yayıb ki, ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanında keçirilən investisiya forumunda çıxışı zamanı Suriyaya “şans vermək” məqsədilə bu ölkəyə qarşı tətbiq olunmuş sanksiyaları ləğv etməyi planlaşdırdığını bəyan edib.

 

Söhbət sabiq prezident Bəşər Əsədin hakimiyyəti dövründə ABŞ-ın Suriyaya tətbiq etdiyi sanksiyalardan gedir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.