Bakıda güclü partlayış baş verib.
Bu barədə Musavat.com məlumat yayıb.
Partlayışın Bakıdakı Kinostudiyanın köhnə pirotexnika sahəsindəki “Alov” zavodunda qeydə alındığı bildirilib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti xidmətləri cəlb olunub.
Əraziyə giriş məhdudlaşdırılıb, təhlükəsizlik tədbirləri görülür.
***
Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, yayılan xəbərlər həqiqətə uyğun deyil, “Alov” zavodunda hər hansı partlayış, yanğın baş verməyib.
***
Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, Bakı şəhəri, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində yanğınla müşayiət olunan partlayışın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in qüvvələri cəlb olunub.
Orada da qeyd edilib ki, “Alov” zavodunda partlayış-yanğın baş verməsi barədə verilmiş məlumat həqiqətə uyğun deyil.
***
FHN partlayışla bağlı növbəti açıqlama yayıb.
Qeyd olunub ki, görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.
***
FHN-in son məlumatına görə, yanğın qısa müddətdə söndürülüb.