Suriyada İŞİD-ə qarşı əməliyyat başladı

Suriya təhlükəsizlik xidmətinin bölmələri Palmira rayonunda “İslam Dövləti”nə (İŞİD) qarşı əməliyyat həyata keçirib.

 

Bu barədə "SyriaTV"  məlumat yayıb.

 

Əməliyyatın təfərrüatları açıqlanmayıb.

 

Dekabrın 13-də Pentaqonun rəsmi nümayəndəsi Şon Parnell bildirib ki, Suriyanın Palmira şəhərində İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı ABŞ Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu və bir mülki tərcüməçi həlak olub. Daha üç amerikalı yaralanıb. Hərbi qurumdan bildirilib ki, hərbçilərə qarşı hücum terror təşkilatının üzvü tərəfindən hazırlanmış pusqu nəticəsində baş verib və hücum edən şəxs zərərsizləşdirilib.

 

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Suriyada İŞİD tərəfindən amerikalı hərbçilərə qarşı həyata keçirilən əməliyyatlardan sonra “ciddi cavab tədbirləri” görüləcək. Ağ Evin rəhbəri vurğulayıb ki, Suriyada baş verən hadisə “pusqu” olub. Hücum ölkənin tam nəzarət edilməyən, çox təhlükəli bölgəsində baş verib.

 

Bundan əvvəl Suriyada İŞİD ilə əlaqəli 70-dən çox şəxs həbs edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.